Azay Quliyev ATƏT PA-da “Freedom House” təşkilatını qərəzlikdə ittiham etdi

Azay Quliyev ATƏT PA-da “Freedom House” təşkilatını qərəzlikdə ittiham etd

 

Bu gün ATƏT Parlament Assambleyası “Fövqəladə vəziyyətlər zamanı insan hüquqlarına hörmət və demokratik nəzarətin qorunması” mövzusunda

veb-dialoq keçirib. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək bir sıra vacib məqamlara toxunub. Azay Quliyev ilk olaraq Freedom House təşkilatının direktoru Maykl Abramoviçin Azərbaycanla bağlı açıqlamasına etirazını bildirib.

 

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu təşkilat adətən Azərbaycanla bağlı məlumatları reallıqla tamamilə əlaqəsi olmayan yerlərdən əldə edir: “Azərbaycandakı medianın durumuna verdiyiniz qiymətlə razı deyiləm. Hesab edirəm ki bu yanlış, qərəzli və əsassız yanaşmadır.

“Freedom House” təşkilatına tövsiyəm budur ki, hər hansı bir hesabat dərc etməzdən əvvəl əldə etdiyi faktları təkrarən yoxlamağa çalışsın. Sizin istinad etdiyiniz mənbələrin etibarlılığına mənim şübhəm var.

COVID-19 pandemiyası ilə bağlı dezinformasiya və yanlış məlumatlarla mübarizə kontekstində Azərbaycan Respublikasının Milli Məclisi 17 mart 2020-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, informasiya internet resursunun sahibi insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Beləliklə, qanuna edilən düzəlişlər koronavirusa dair dezinformasiyanın qarşısını almaq, habelə “saxta mütəxəssisləri” ifşa etmək məqsədi daşıyır”.

Azay Quliyev deyib ki, karantin rejiminin pozulmasına görə məsuliyyət daşıyanlarla bağlı siyasi motivli qərar olmayıb. İstənilən Qərb ölkəsi kimi Azərbaycan hökuməti də hər bir vətəndaşın qanuna və qaydalara riayət etdiyinə və başqalarının həyatını koronavirusa yoluxma təhlükəsi ilə üzləşdirmədiyinə əmin olmağa çalışır: “Karantin rejimi haqqında qanunları pozduğuna görə cərimələnən və ya saxlanılanlar sırasında iqtidar partiyasının üzvü  olan şəxslərdə  var. Həmçinin son üç həftə ərzində 5 rayonun icra başçısı korrupsiya və səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, koronavirusla mübarizənin Azərbaycan modeli ATƏT-in 35 dövlətindən fərqli olaraq fövqəladə vəziyyət elan etmədən bir sıra koronavirusla əlaqəli məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur. Bu da öz növbəsində insan hüquqları ilə əlaqəli problemlərin qarşısını almağa kömək edir. Əhalinin sosial məsuliyyətini dərk etməsi bu tədbirlərin uğur qazanmasının arxasında duran əsas səbəblərdən biridir: “Xüsusi karantin rejimi martın 24-dən etibarən tətbiq edilsə də, bu qərardan hələ bir həftə əvvəl dövlət sərhədləri bağlanıb. Aprelin 27-dən etibarən bu məhdudiyyətlərin tədricən yumşalması prosesinə start verilib. Hazırda məhdudiyyətlər yalnız Azərbaycanın 5 böyük şəhərində qüvvədə qalmaqdadır”.

 

Azay Quliyev çıxışında Azərbaycanın çoxtərəfli əməkdaşlığa və COVID-19-a qarşı qlobal reaksiyanın səfərbər edilməsi prosesinə mühüm töhfə verməkdə olduğunu deyib. Azərbaycan, pandemiyanın qarşısını almaq üçün beynəlxalq səylərə qoşulan ilk ölkələrdən biri olmaqla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində yardım edib: “Bundan əlavə, təmsil etdiyim ölkə yardıma ehtiyacı olan 10-dan çox ölkəyə texniki dəstək göstərib. Azərbaycan Türk Şurası və Qoşulmama Hərəkatının hazırkı sədr ölkəsi olaraq 10 aprel 2020-ci ildə Türk Şurasının Fövqəladə Zirvə Görüşünü və 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşünü videokonfrans formatında uğurla təşkil edib.

İnsan hüquqlarının və dünyada həmrəyliyin təşviqi, pandemiyaya qlobal reaksiyanın və beynəlxalq səylərin əlaqələndirilməsi 120-dən çox ölkəni bir araya gətirən Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn Zirvə Görüşünün əsas nəticələrindən oldu. Digər beynəlxalq təşkilatlarla yanaşı, tarixində ilk dəfə olaraq Avropa Komissiyası da Qoşulmama Hərəkatının Zirvə Görüşünə qatıldı. Bütün iştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatının üç sütununa – sülh və təhlükəsizlik, inkişaf və insan haqlarına dəstəyini bir daha vurğuladılar”.

ATƏT PA-nın vitse-prezidenti pandemiya dövründə Azərbaycan parlamentinin də öz çevikliyini nümayiş etdirdiyini bildirib. Bunun nəticəsində qanunverici qurumun fəaliyyətində heç bir ləngimə müşahidə edilməyib və fasiləsiz iş təmin olunub: “Bu yaxınlarda qəbul edilmiş yeni qanuna uyğun olaraq plenar və komitə iclaslarının onlayn rejimdə keçirilməsi qərara alınıb. Plenar iclaslar zamanı millət vəkilləri bir-birindən ən azı 2 metrlik sosial məsafəyə riayət edirlər.

Pandemiya vəziyyətinə baxmayaraq, yeni seçilmiş Azərbaycan Milli Məclisinin aparatında aparılan dəyişikliklər vasitəsilə onun ölkəmizdə həyata keçirilən islahatlar siyasətinin ruhuna və tələblərinə tam cavab verən instituta çevrildiyini də qeyd etmək istərdim”.

Azay Quliyev parlamentin xalqla hökumət arasındakı əsas körpülərdən biri olduğundan deputat kimi geniş ictimaiyyətin rəyinə həmçinin, ATƏT PA-dakı veb görüşlərin nəticələrinə əsasən təmsil etdiyimiz ölkələrin hökumətinə təkliflər irəli sürmək vəzifəsi daşıdıqlarını deyib. COVID-19 ilə mübarizə çərçivəsində görülən tədbirlərə ictimai və parlament nəzarətinin təşviqini davam etdirməliyik. Hökumət-parlament-vətəndaş cəmiyyəti əməkdaşlığının davamlılığı və səmərəliliyi pandemiya və postpandemiya dövründə ölkədəki hər hansı bir sosial-iqtisadi maneələrin və ya lazımsız məhdudlaşdırıcı tədbirlərin qarşısının alınması üçün əsas vasitələrdəndir: “Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı iqtisadi, sosial, mədəni, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığın təşviqinə xüsusi yer ayıraraq 2021-ci ili “Dayanıqlı İnkişaf naminə Kreativ İqtisadiyyat ili” elan edib. Düşünürəm ki, bu fürsətdən istifadə edərək, ATƏT PA-da bu təşəbbüsə qoşula və milli parlamentləri bu təşəbbüsdə fəal iştirak etməyə çağıra bilər”.

Paylaş:

kıbrıs casino - beton365 -
grandbetting
- superbetin giriş