Millət vəkili izolyasiya tədbirlərindən danışdı
“Koronavirus pandemiyasının ölkəmizdə ikinci dalğasının yaranmasının yolverilməzliyi ilə bağlı ölkə başçısının çağırışına mən də qoşuluram”.Bunu bu gün Milli Məclisin keçirilən iclasında millət vəkili Musa Quliyev deyib.
O, bildirib ki, spikerin tariximizin kədərli və şərəfli tariximizlə bağlı fikirlərinin hamısını bölüşür: “Bu fikirlər bir daha təsdiq edir ki, həyat bir mübarizədir. Dünən ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk modul tipli xəstəxananın açılışında iştirak etdilər. Koronavirus pandemiyasının ölkəmizdə ikinci dalğasının yaranmasının yolverilməzliyi ilə bağlı ölkə başçısının çağırışına mən də qoşuluram. Biz hər birimiz izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməliyik. Bu gün koronavirusdan ölən hər bir şəxsin ölümündə bizim də məsuliyyətimiz var. Düşünrəm ki, biz Operativ qərargahla məsləhətrləşərək İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edək”.
Spiker Sahibə Qafarova bildirib ki, bütün deputatlar bu mesajları alıb: “Hər birimiz harada çıxış ediriksə, tövsiyələrdən istifadə edərək, seçicilərimizi məlumatlandıraq”.