Alim Qasımovun ifasını bəyənmir – “Bilmirsən “Şur”du, “Dəşti”di, yoxsa nədir”
“Oxumağa başlayanda bilmirsən “Şur”du, “Dəşti”di, yoxsa nədir”
Aktor.Az xəbər verir ki, xalq artisti, tarzən Vamiq Məmmədəliyevin APA-ya müsahibəsində muğamın icəliklərindən, bu sənətin ifaçılarının özəlliklərindən söz açıb.
Tarzən xalq artisti Alim Qasımov barədə də fikirlər söyləyib. Bildirib ki, o, Alimin indiki ifasnı bəyənmir:
“Hər adam özünə müəyyən yol seçməlidir. O dedi ki, klassik yolu bilirəm, indi də belə etmək istəyirəm. Alim muğama sərbəstlik gətirdi, muğamdan-muğama keçidlər elədi, təsnifləri dəyişdi. Klassikanı pozmaq olmaz. Yeni nəsil gəlir, deyir ki, Alim belə oxuyub. Sən ona deyə bilmirsən ki, Alim vaxtilə hamısını düz oxuyub. İndi də düz oxuyur, sadəcə, yeni tərz yaradıb, bu da muğamı bir qədər bayağılaşdırır. Məsələn, oxumağa başlayanda bilmirsən “Şur”du, “Dəşti”di, yoxsa nədir, o qədər gəzişir ki, çaşbaş qalırsan. Bu da muğamı bilməyindən irəli gəlir.
Vamiq Məmmədəliyev Alim Qasımov yerdə oturub oxuyandan sonra onu dinləmdiyini bildirib:
“Bizim sənətdə Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski – hamısı stulda ağayana oturub ifa ediblər. Qabaqkı üslubda tar, xanəndə, bir də kamança vardı. Sonradan Alim üçlüyü ləğv elədi, balaban, qanun, zərb alətini ora gətirdi. Kiçik ansambl yaratdı”.