GündəmManşetSağlıqXəbər xətti

Karantin rejimi yenidən sərtləşdirilə bilər – TƏBİB

Situasiya yenidən pisləşsə, karantin rejimi yenidən sərtləşdirilə bilər.Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O, insanlara karantin tədbirlərinə əməl etməsi üçün çağırış da edib:

“Biz yenidən xalqa müraciət edirik ki, karantin rejiminin daha da yumşaldılmasını istəyirik, sərtləşməsini istəmirik. Bizim üçün önəmli olan insanların sağlamlığıdır. Qaydalara əməl etməklə karantindən çıxmaq olar”.

Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib. Onun sözlərinə görə, yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər.