Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda onlayn konfrans keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 6 may 2020-ci il, saat⌚14:00-da “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda onlayn konfrans keçirəcək.
https://us02web.zoom.us/j/87388950247
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin təşəbbüsü və sədrliyi ilə keçiriləcək konfransda Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov isə “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda məruzə edəcək.
Sonra konfransda QHT-lərin iştirakı ilə müzakirələr aparılacaq.