Abaşidze azərbaycanlıları təhqir etdi, deputatdan sərt cavab – TƏZYİQ
Məlum olduğu kimi, ötən gün Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze “facebook” sosial şəbəkəsi vasitəsilə paylaşılan statusunda, Marneuli sakinlərini təhqir edərək bir sıra təhqiramiz ifadələrə yol verib.
24News.ge xəbər portalına sözügedən məsələ ilə bağlı müsahibə verən “Vahid Milli Hərakat” partiyasının deputatı Azər Süleymanov, baş verənlərdə əsas hökuməti günahlandırıb.
“Son dövürlər Marneuli barəsində xüsusən də bizə qarşı yönələn təhqiramız fikirlər əslində, Gürcü Arzusu partiyasının buraxdığı səhvlərdən irəli gəlir. Sizin oxucularınız görə bilər ki, bu şəxsi, yəni Zaza Abaşidzeni Gürcü Arzusu partiyasının liderlərindən, nazir İrakli Qaribaşvili qəbul edib və bu hakimiyyət onu vəzifəyə təyin edib. Hökumətin təyin etdiyi bir şəxs isə bizi təhqir edir. Sanki bunlar bizi Gürcüstan vətəndaşı deyil, başqa bir ölkənin vətəndaşı kimi görürlər. Təəssüflər olsun ki, 2012-ci ildən bu yana ölkəmizdə etnik azlıqlara qarşı böyük haqzılıqlar olunur və sanki biz hər gün 90-cı illərə bir addımda yaxınlaşırıq. Hazırda ölkəmizdə mövcud olan panidemiya tək Gürcüstanda deyil, bütün dünyanı bürüyüb və bu xəstəlik insanların nə dilinə, nə millətinə, nə də ki, dininə baxır. Lakin yaranan vəziyyətdən çıxış yolları araşdırırlmalıdır, insanları evə doldurmaqla nəticə əldə etmək çox çətindir.Bunun digər tərəfi, fəsadları artıq üzə çıxır, hansı ki, insanlarımız artıq aclıqdan əziyyət çəkirlər.Baş verən etirazların bir çoxu elə bu səbəbdən qaynaqlanır. Əlbətdə ki, mən vətəndaşlarmızdan çox-çox xahiş edirəm – virusun yayılmasının qarşısının alınmasında həkimlərmizə və polislərimizə kömək etsinlər, onlar gecə-gündüz bizə xidmət edirlər. Bizim xalq hər zaman qanuna uyğun hərəkət edən xalq olub, ölkəsinə və qanunlarına itaət edib. Lakin biz hazırda görürük ki, hökumət nümayəndələri öz istədikləri kimi işləyir və gələn humanitar yardımları istədikləri yerlərə, isdətikləri şəxslərə paylayırlar. Belə olan halda isə insanlar da bu hakimiyyətə qarşı inam itir. Müxtəlif regionlarda insanlar artıq kütləvi şəkildə etirazlara çıxırlar. Bilirsiniz ki, etirazlar tək Marneulidə deyil, Kutaisidə, Kaxetidə, Tbilisinin özündə də müxtəlif etirazları müşahidə edirik. Bizi təhqir edən Zaza Abaşidze kimilərini isə hökumət cəzalandırmadıqca elə özləri düşmən dəyirmanına su tökmüş olacaqlar. Mən düşünürəm ki, Zaza Abaşidze dediyi kələmələrə görə təcili şəkildə məsuliyyətə cəlb olunmalıdır, əks halda bu kimi hallar artacaq və xoşa gəlməz vəziyyət yaşanacaq”, – deyə A. Süleymanov bildirib.