Ekspres avtobusları tıxacda qaldı
Ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb.
Aktor.Az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, sözügedən avtobuslar Heydər Əliyev prospektindən şəhər istiqamətinə hərəkət edənlərdir:
“Hazırda Heydər Əliyev prospekti (şəhər istiqamətində) köməkçi yolda, tunelin girişində tıxac müşahidə olunur. Bu səbəbdən də həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb”.