Qrup halında tədris qadağandır – İbrahim Məmmədov
Ölkədə qrup halında tədrisə icazə verilmir.Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda yalnız fərdi tədrisə icazə verilir:
“Qrup halında tədrisdə sosial məsafə saxlamaq mümkün deyil. Ona görə də 1 müəllim yalnız 1 şagirdlə məşğul ola bilər. Qrup halında tədris qadağandır”.