GündəmManşetSiyasətXəbər xətti

“Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir” – Zahid Oruc

“Parlament qısa müddətdə yeni vəziyyətə uyğunlaşmağa qadir oldu”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir:
“Parlament fəaliyyətə başlayanda onun qarşısında duran ən vacib məsələ hansı ənənəyə istinad etməklə bağlı idi. Bu günlərdə Milli Məclis Aparatının tam buraxılması ilə bağlı sərəncam çox mühümdür. Yenidən Məclisin Aparatını canlandırmaq lazımdır. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargah üzvləri ilə birgə çalışaraq, yaxşı nümunə oldular”.
Qeyd edək ki, Milli Məclisin əvvəlki sədri Oqtay Əsədovla Zahid Oruc arasında daim problemlər yaşanırdı.