“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi müsabiqə elan edib
Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib.İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan dayandırılıb.
Bu, koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli bir mərhələdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini verməkdədir.
Aktor.Az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi də Koronavirusla mübarizəyə dəstək vermək məqsədilə bu istiqamətdə uşaqlar arasında müsabiqə elan edib. Müsabiqə çərçivəsində valideynlər uşaqların səsləndirilməsi ilə “Evdə qal” şüarını dilə gətirərək çəkilmiş olan kiçik video-rolikləri təşkilata onlayn formatda təqdim etməlidir.
Qeyd olunur ki, müsabiqə karantin bitənəcən davam edəcək.Baxış sayı çox olan videonun qalibi mobil telefon hədiyyə qazanacaq.
Müsabiqəyə qatılmaq istəyənlər videolarinizi gözləyirik.
Videoları təşkilatın bu ÜNVANINA göndərin!