QHT COVID-19-a qarşı mübarizə tədbirlərinə öz dəstəyini əsirgəməyib – FOTOLAR
Məlum olduğu kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına start veriblər.
Koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək, ictimai monitorinq və məlumatlandırma kampaniyasına “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi də dəstək verib. Bu barədə təşkilatdan Aktor.Az-a verilən məlumatda deyilir.
Təşkilatın sədri Fatimə Hacıyeva bu kampaniya çərçivəsində Ağsu rayonunda ailələrə ilkin olaraq tibbi masqa, əlcək və spirt paylayıb. Onların qayğıları ilə yaxından tanış olan Fatimə Hacıyeva, vətəndaşlara karantin qaydalara qeyri şərtsiz əməl etmələrinin vacib olduğunu bildirib.