Saakaşvilinin namizədliyi geri çağırıldı
Ukrayna hökuməti Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə namizədlik təklifini Ali Radadan geri çağırıb.Qərar hakim “Sluqa naroda” partiyasının deputatlarının müzakirəsindən sonra verilib.
Qeyd olunur ki, Gürcüstanın sabiq prezidentinin namizədliyinin irəli sürülməsi üçün kifayət qədər səs yığılmayıb.
Nəticədə Ali Radaya verilmiş təqdimat geri çağırılıb.
Xatırladaq ki, ötən həftə M.Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin ona baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsini təklif etdiyini demişdi.