“Evdə qalaq, bilgi alaq” aksiyası çərçivəsində növbəti onlayn layihəyə start verilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi “Evdə qalaq, bilgi alaq” aksiyası çərçivəsində “Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği” layihəsinə start verilib.
Bu barədə ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib.
Təşkilat rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Koronavirus pandemiyası dövründə QHT-lərin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq, aktual mövzular ilə bağlı maarifləndirici verilişlər hazırlamaq, ölkədə aparılan ictimai proseslər ilə bağlı QHT-lərin mövqeyini işıqlandırmaqdan ibarətdir.
Layihə çərçivəsində QHT nümayəndələrilə canlı bağlantılar qurulamaqla Facebook, Youtube, Twiteer, Perscope kimi sosial şəbəkələrdə onlayn yayımlar təşkil ediləcək.
Layihənin informasiya dəstəyi QHT TV və QHT.az portalına məxsusdur.