Rusiyada ordinaturanı bitirmiş həkimlərin sertifikatı tanınmalıdır – Azay Quliyev 

Rusiyanın tibb universitetlərində baza və 2 illik ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatının” Səhiyyə Nazirliyi tərəfindən tanınmaması ilə bağlı mənə seçicilərim tərəfindən müraciət daxil olub.
Aktor.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

Deputat çıxışında bildirib: “Bu məsələni mən səhiyyə nazirliyi ilə ilkin müzakirə etdim və bəlli oldu ki, Nazirlər kabinetinin 18 mart 2010-cu il tarixli 50 №-li qərarına əsasən, nazirlik 2011-ci ildən etibarən Rusiyada ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatını” tanımır.

Qərara görə, Rusiyada “mütəxəssis sertifikatı” alan həkimlər Azərbaycanda seçdikləri ixtisas üzrə işləmək üçün Rusiyada aldıqları ordinatura təhsilindən əlavə olaraq bura da rezidentura təhsili almalıdırlar. Belə çıxır ki, vətəndaş 6 il universitetdə baza təhsili və 2 il ordinaturada ixtisas təhsili, yəni toplam 8 il tibb təhsili aldıqdan sonra gəlib Azərbaycanda da ixtisasdan asılı olaraq 2 ildən 5 ilə kimi əlavə rezidenturada təhsil almalıdırlar. Bu da edir 13 il. Yəni, vətəndaş seçdiyi ixtisas üzrə ölkədə həkim işləmək üçün 13 il oxumalıdır.
Onu da qeyd edim ki, bizdən fərqli olaraq bir çox Avropa və Yaxın Şərq ölkələrində Rusiyada alınan “mütəxəssis sertifikatlarının” tanınmasında heç bir problem yoxdur, ordinatinaturanı bitirən həkimlər həmin ölkələrin sertifikat imtahanını verərək seçdikləri ixtisaslar üzrə həkim işləyə bilirlər”.

A.Quliyevin sözlərinə görə, digər bir məsələ ondan ibarətdir ki, Nazirlər kabineti tərəfindən 2010-cu ildə qəbul edilən qərar keçid müddəti nəzərə alınmadan dərhal 2011-ci ildən etibarən qüvvəyə minib. Nəticədə 2004 və və ya 2005-ci illərdə universitetlərə daxil olan tələbələr də bu qərarın təsiri altına düşüb.

“Çox böyük əziyyətlə tibb təhsili alıb vətənə dönən həkimlərimiz belə bir məhdudiyyətlə üzləşməli olublar. Onlar axı universitetə daxil olan dövdə hardan bilərdilər ki, 7-8 ildən sonra Nazirlər Kabinetinin belə bir qərarı olacaq. Düşünürəm ki, bu baxımdan da qərarı ədalətli saymaq mümkün deyil. Digər tərəfdən ağırlaşdırıcı hallarda qanunun geri şamil edilməməsi kimi bir anlayış var, ən azından bu qayda 2011-ci ildən sonra universitetlərə daxil olanlara şamil edilməliydi ki, əvvəlki illərdə daxil olanlar işlərini bilərdilər və Rusiyda ordinaturanı oxumaq əvəzinə gəlib burada rezidentutaya qəbul olardılar.

Hələ mən demirəm ki, Nazirlər Kabinetinin bu qərarının 2003-cü ildə “Azərbaycanla Rusiya arasında təhsil haqqında sənədlərin qarşılıqlı tanınması barədə imzảlanan sazişin 7-ci maddəsinə uyğunluğu məsələsini mübahisələndirmək üçün kifayət qədər əsaslar da var.
Nəticədə 100-lərlə həkimlik ixtisasına yiyələnmiş vətəndaşımız bu məhdudiyyətə görə ya seçdikləri ixtisas üzrə işləyə bilmirlər, ya da müxtəlif yollarla xaricə getmək məcburiyyətində qalırlar. Koronavirus pandemiyasının yayıldığı və ixtisaslı həkimlərə ciddi ehtiyacın olduğu bir vaxtda bu itginin nə demək olduğunu anlamaq o qədər də çətin deyil.

Ona görə də düşünürəm ki, bu ciddi problemdir və onun həlli üçün Nazirlər Kabinetinin 2010-cu il tarixli 50 saylı qərarına müvafiq dəyişikliyin edilməsi məqsədəmüvafiqdir”.

Deputatın fikrincə, məsələnin həlli üçün bir neçə variantı nəzərdən keçirmək mümkündür:

1) Bu qərar ən azından 2012-ci ilə kimi Rusiyanın tibb universitetlərinə daxil olanlara şamil edilməsin.

2) Dünya praktikasına uyğun olaraq Rusiyada ordinaturanı bitirənlər sertifikat imtahanlarına buraxılsın və imtahan yolu onların mütəxəssis dərəcəsi müəyyən edilsin.

3) Rusiyadakı ordinatura ilə Azərbaycandakı rezidentura təhsili arasındakı saat fərqi olduğu halda, yalnız o fərqi aradan qaldırmaq üçün həmin həkimlərin rezidenturada təhsilini davam