Şahin Seyidzadə seçiciləri ilə növbəti onlayn görüş keçirib – FOTO

Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə seçiciləri ilə növbəti onlayn qəbul kecirib və bu barədə fikirlərini paylaşıb.Aktor.Az onun fikirlərini təqdim edir:

“Bu gün, Abşeron-Qobustan dairəsinin sakinləri ilə növbəti onlayn qəbulları həyata keçirdik.

#evdəqal təlimatı və xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq Qobustan rayonu üzrə Qobustan şəhəri və Yekəxana, Poladlı kəndləri, Abşeron rayonu üzrə isə Güzdək, Qobu, Saray və Hökməli qəsəbələrinin sakinlər tərəfindən daxil olmuş müraciət əsasında video zəng vasitəsi ilə qəbullar baş tutdu. Miqrasiya və vətəndaşlıq, kənd təsərrüfatı, mədəniyyət və gənclərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan mərkəzlər, kommunal və abadlaşdırma işləri, sosial müavinət, dövlət tərəfindən ayrılan güzəştli ev kreditləri və iş müraciətləri əsasında gün boyu müraciətçilərlə fərdi görüşlərdə mövzular ətraflı dinlənildi.

Xatırlatma etmək istərdim ki, hal-hazırda qüvvədə olan karantin rejimi ilə bağlı olaraq bu tipli onlayn görüşlər seçicilərimiz tərəfindən daxil olan müraciətlər əsasında davamlı olaraq həyata keçiriləcəkdir.”

#covid19 #koronavirus #seyidzade50 #MilliMəclis #Abşeron #Qobustan