“Procter & Gamble Azərbaycan”dan önəmli aksiya – FOTOLAR
“Procter & Gamble Azərbaycan” Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün 2.5 ton “Ariel” yuyucu toz, 1 ton “Head & Shoulders” şampunu, 250 litr “Blendamed” diş məcunu, eləcə də minlərlə “Gillette” ülgücü, “Oral-B” diş fırçası və “Always” qadın bezi ayırıb.Bu barədə şirkətdən Aktor.Az-a daxil olan məlumatda deyilir
Şirkət pandemiya əleyhinə mübarizəyə yönəltdiyi məhsulları İcbari Tibbi Sığorta Agentliyinə təhvil verib.
Yardım Procter & Gamble şirkətinin Avropada COVID-19 pandemiyası əleyhinə fəaliyyətinin tərkib hissəsidir.
Procter & Gamble (P&G) şirkəti dünyanın 70-dək ölkəsində fəaliyyət göstərir. Şirkətin Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi brendlərimizin məhsullarından dünya üzrə 5 milyardan çox insan istifadə edir.
#PGintern #ForceForGood