Ombudsman da hesabat verəcək

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva  Milli Məclisin İnsan Hüquqları komitəsində sabah illik hesabatını təqdim edəcək.

Hesabatla bağlı  dinləmələr əyani formada baş tutacaq. Bu barədə artıq komitə üzvlərinə məlumat verilib.

Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc  bildirib ki, dinləmə online formada keçirilməyəcək: “Komitənin 10 üzvü var. Dinləmələr zamanı 2 metrlik məsafəyə əməl ediləcək”.