Xızıya yardım çatdıran könüllü
Ölkə başçısı Cənab İlham Əliyevin çağırışına qoşularaq yaranan karantin şəraiti ilə əlaqədar yardım kompaniyasına Azərbaycan Milli İdman növləri Assosiyasiyasının 1-ci vitse prezidenti, əməkdar məşqçi Kazım Qurbanov da öz imkanları daxilində qatılıb. Onun təşəbbüsü və rəhbərliyi ilə Xızı rayonunda yardım kompaniyası keçirilib.
O Xızı rayonunun Xələnc, Giləzi, Tıxlı, Baxşılı, Təzəkənd, Bəyəhməd yurdunda, Yarımca, Qarabulaq kəndlərinə və Xızı şəhərində aztəminatlı ailələrə yardım payı çatdırıb.