Azərbaycanda karantin bu tarixədək uzadıldı – RƏSMİ

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddətinin uzadılması barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun
25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.
2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və
rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində
öz qüvvəsini saxlayır.
3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan
Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına
dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci
hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə
əvəz edilsin.
4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122
nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may”
rəqəm və sözləri ilə əvəz edilsin.
5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan
Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına
dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci
hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə
əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri