Heydər Əliyev Fondu tərəfindən 100 mindən çox yardım paylanılacaq
Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox yardım paylanılacaq
Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.
Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.
Aksiya karantin rejimi müddətində davam edəcək.
Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.