Hüquq mədəniyyəti

Hər bir xalqın hüquq mədəniyyəti onun hüquq düşün­cə­sinin tarixi təkamülündən və davranış modelindən qay­naq­lanır. Hüquq mədəniyyəti ilkin yanaşmada bəzən kon­kret hüquq münasibətlərinə şamil edilən anlayış kimi ba­şa düşülür. Lakin klassik fəlsəfi hüquq təlimlərinə nəzər salsaq görərik ki, hüquq-əxlaq və mənəviyyat mə­sələ­lə­rini özündə ehtiva edən daha zəngin sosial-mədəni mü­na­sibətlər sistemidir. Dünya fəlsəfi fikrinin parlaq si­ma­la­rın­dan olan alman filosofu Hegel hüququ ruh və idrak ha­di­səsi hesab edir.

Fransız fikir adamı Frederik Bastiata görə, biz özü­mü­­­­zü, azadlığımızı və əmlakımızı qorumaq kimi Allahın ver­­­diyi təbii hüquqa sahibik.

Beləliklə, hər bir şəxsin davranışı, düşüncəsi onun bir hüquq subyekti kimi hüquqi mədəniyyətinin gös­tə­ri­ci­si­­dir. Hüquq mədəniyyətinin ən vacib komponenti hüquq düşüncəsidir. Hər bir şəxsin hüquq konteksində davranışı onun həm də hüquq düşüncəsinin ifadəsidir.

XXI əsr arxada qoyduğu zamana münasibətdə daha çox insan fenomeninin önə keçməsi ilə fərqlənir. Bəşə­riy­yət son nəticədə o qənaətə gəldi ki, bütün ictimai for­ma­si­ya­lar, bütün dövlətlər fərdin hüquqlarının reallaşması və tə­mini fonunda əhəmiyyətli olur.

Təsadüfi deyil ki, XX əsrin ortalarında dünyanın ən nəhəng siyasi təşkilatı olan BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi XX əsrin so­nun­da dünyanın böyük bir hissəsini əhatə edən, onu öz yu­ri­diksiyasi altında birləşdirən Strasburq Avropa İnsan Hü­quq­ları Məhkəməsinin yaradılması ilə nəticələndi.

XXI əsr dünyada mədəniyyətlərin savaşı və dialoqu əs­ridir. Dünya qloballaşır, bu, günümüzün gerçəkliyi, özü-öz­lü­­yündə qarşısıalınmaz bir prosesdir. Qloballaşma fo­nun­da fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquş­ması isə məhz dialoq fəlsəfəsini aktuallaşdırır.

Hüquq mədəniyyətinin vacib konponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir. Hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər və­tən­da­şın hüquqlarının sərhədinə kimidir.

Dünyanın qlobal hüquq problemləri ilə bərabər fərdi hü­quqlar və onların reallaşdırılması məsələsi də bu günkü hü­­quq mədəniyyətinin əsas istiqamətlərindəndir. Fərdi hü­quq­lara münasibətdə nümayiş etdirdiyimiz ayrı-ayrı ste­re­otip­lər və onun müxtəlif çalarları hüquq mə­dəniyyə­ti­mizin göstəricisidir. Bu istiqamətləri öyrənmək və bir çox ey­ni­lik­ləri dağıtmaq qarşıda duran ən aktual problemdir.