Koronavirusdan vəfat edənlər necə dəfn olunurlar?

Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir.Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür.

Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansısa xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesinə gəlincə isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu prosesdə cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır:

“Tibb müəssislərində vəfat edənlərin ailəsinə yardım edilir”.