İqtisadiyyatManşetSosialXəbər xətti

Ərzaq 16,4% bahalaşıb – İNFLYASİYA AÇIQLANDI

2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faizbahalaşmışdır. Bu barədə Aktor.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.

 

Dekabr ayında noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, soyuducuların, mobil telefonların, planşet tipli kompüterlərin, havanın isidilməsi üçün qızdırıcıların, tozsoranlarn qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.