QHT-lərin milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüşü olacaq

Aprelin 16-da ?saat 15:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birlikdə keçirdiyi “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində canlı yayımda növbəti ictimai müzakirə “Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş” mövzusunda olacaq.

“Kitab Evi” İctimai Birliyinin sədri, şair Adilə Nəzərovanın moderatorluğu ilə keçiriləcək ictimai müzakirə Suranın feyzbuk səhifəsində canlı yayımlanacaq.

Doğma Yurda Qayıdış İctimai Birliyinin sədri, bədii qiraət ustası Səməd Hətəmov, əməkdar mədəniyyət işçisi, aktyor İftixar Piriyev, “Qayğı və Himayə” Xeyriyyə Fondunun sədri, şair Gülayə Rzayeva, bədii qiraət ustası Xəzər Süleymanlı, bədii qiraət ustası Müşfiqə Baləddinqızı, bədii qiraət ustası Rayət İmaməliyev, şair, bədii qiraət ustası Ümid Abbas Nihani və bəstəkar, müğənni Çilənay Hüseynli müxtəlif poeziya nümunələri ilə ictimai müzakirədə çıxış edəcək.

#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura
#azertelecom #QHT #VətəndaşCəmiyyəti #realtv #evdeqal