Avro daha da bahalaşdı
Qlobal bazarda əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 2014-cü ilin dekabr ayından bu günədək ən maksimal həddə – 1,2128 səviyyəsinə yüksəlib. Bu gün Avro Dollar qarşısında 1%-ə yaxın bahalaşıb.
Yüksəlişin səbəbi Almaniyada hökumətin qurulması üçün koalisiya görüşmələrində ilkin müsbət nəticənin əldə olunması xəbəridir.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin “Xristian Demokrat Birliyi” partiyası ilə Sosial Demokrat Partiyası arasında koalisiya görüşmələrində ilkin razılığın əldə olunması avronun bahalaşmasına səbəb olub.