“Evdə qal və muzeylərə səyahət et”-dən növbəti VİDEO çarx

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanmışdır.Bu barədə Gənclər Fondundan Aktor.Az-a veriən məlumatda deyilir.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti səyahət dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeyi -Azərbaycan Milli Xalça Muzeyinə olmuşdur. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir sənət nümunələri və milli irsimiz olan xalçalar nümayiş etdirilmişdir.

Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

 

https://www.facebook.com/youthfundaz/videos/825462867964016/

 

https://www.facebook.com/cvntv/videos/809244856147980/

 

https://www.youtube.com/watch?v=3s_fbBL2usY&feature=emb_title