Xalq öz liderinin, lider isə öz xalqının dayağıdır!
Aprelin 11-də cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin iki ili tamam olur. Keçən bu iki il ərzində Azərbaycan xalqının – seçicilərin Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ildən-ilə misilsiz inkişaf yolu keçir və onun rəhbərliyi altında tarixi uğurlara imza atır və artmaqdadır. Bu da öz növbəsində Azərbaycan xalqının seçiminin aliliyinin, vətəndaşlarımızın siyasi düşüncəsinin və seçim etmək qabiliyyətinin nə qədər yüksək və uzaqgörən olduğunun bir daha sübutdur. Hər zaman gücümüz birliyimizdədir!
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasət yolunu Prezident İlham Əliyev mövcud şəraitin tələblərinə uyğun innovasiyon diversifikasiyalı siyasət ilə davam etdirir. O, iqtisadiyyatın bütün sahələrini əhatə edən davamlı inkişafa, hər bir vətəndaşın kiçik dövlət sayılan – ailəsinin rifahının yaxşılaşdırılmasına və dünyada və ölkədə baş verənlərdən təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə və ölkəmizin dünya arenasında sözünü deyən bir dövlətə çevirməyə, daxili və xarici sabitliyin təmin edilməsinə nail olmuşdur.
Bu gün ölkəmiz müstəqil və davamlı tarazlaşdırılmış bir xarici siyasət ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Buna bariz nümunə kimi qan yaddaşımız, bir nömrəli problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətindəki mövqeyimizi dünya dövlətlərinə olduğu kimi çatdırılmaqdadır. Qan yaddaşımız olan Qarabağ dövlət olaraq bizim ən prioritet məsələlərimizdəndir. Aparılan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyət öz nəticəsini verməkdədir. Belə ki, Azərbaycanın bu məsələdəki ədalətli mövqeyinə dünya ictimaiyyətinin dəstəyi bu siyasətin nəticəsi olaraq daha da artmaqdadır. Bir daha qeyd etmək istərdim ki, Qarabağ – Azərbaycanındır!
Həmçinin qeyd etmək istədiyim digər bir mövzu bu gün bütün dünya öz vahiməsinə salan koronavirus pandemiyasıdir. Bu virus dünyanın səhiyyə sahəsində ən güclü ölkələrinə belə ağır zərbələr vurmağa davam edir. Bu bəlaya qalib gələ bilmək heç bir qüdrət sahibi olan ölkənin ixtiyarında deyil. Bir sıra ölkələrin bu virusla mübarizədə çarəsiz olduqları bir vəziyyətdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq, ölkə vətəndaşlarımızı bu bəladan hər bir vasitə ilə qorumaq başlıca məqsəddir.
Dövlətimizin başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və virusun geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması, dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən qabaqlayıcı tədbirlər nəinki ölkəmizdə, həmçinin beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və dövlət olaraq necə xalqın yanında olmaq lazım olduğu bizim ölkə timsalında nümunə kimi göstərilir. Görülən bütün bu işlər Azərbaycan Prezidentinin öz xalqına olan sevgisinin bariz göstəricisidir. Cenab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri xalqımızda əsl mübarizlik əzmi yaratmaqdadır. Gücümüz hər zaman birliyimizdədir. Xalq öz liderinin, lider isə öz xalqının dayağıdır!
Əsgərli Yeganə,
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin şura və idarəheyətinin üzvü,
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı