Şuranın Real TV ilə birgə keçirdiyi növbəti ictimai müzakirəsi “4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar” mövzusuna həsr olunacaq

Şuranın Real TV ilə birgə keçirdiyi “Evdə qalaq, bilgi alaq” kampaniyası çərçivəsində növbəti ictimai müzakirə “4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar” mövzusuna həsr olunacaq

Aprelin 13-də ?saat 15:00-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birlikdə keçirdiyi “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində canlı yayımda növbəti ictimai müzakirə təşkil olunacaq. “4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar” mövzusuna həsr olunacaq ictimai müzakirənin moderatoru Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin sədri Ramil Abbasov olacaq.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, “AzerTelecom” MMC-nin baş direktoru Fuad Allahverdiyev və “ErangelProduction” MMC-nin direktoru Zaur Orucov ictimai müzakirədə çıxış edəcək həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar.

Bu link üzərindən qoşula bilərsiniz

https://us04web.zoom.us/j/74607587892

 

#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura
#azertelecom #QHT #VətəndaşCəmiyyəti #realtv #evdeqal