Gənclər Fondu və Mədəniyyət Nazirliyindən “evdə qal və muzeylərə səyahət et” – VİDEO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanmışdır.Bu barədə Gənclər Fondundan Aktor. Az-a verilən məlumatda deyilir.
“Evdə qal və evdə öyrən” çağırışı ilə Bakı şəhərində yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.
Bu dəfəki səyahətin ünvanı Azərbaycan Milli İncəsənət Muzeyidir.
Virtual tur zamanı izləyicilərə ölkəmizin nadir maddi mədəniyyət nümunələri, tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri nümayiş etdirilmişdir.
Azərbaycan Milli İncəsənət Muzeyinə virtual səyahətin ilk hissəsini aşağıdakı keçidlər vasitəsilə izləmək olar:
https://www.facebook.com/youthfundaz/videos/853289228483281/
https://www.facebook.com/cvntv/