QHT Şurası koronavirusla bağlı onlayn sorğu keçirir
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavirusla mübarizədə könüllü iştirakla bağlı onlayn Sorğu keçirir.
Aktor.Az xəbər verir ki, sorğu koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi üçün qeyri-hökumət təşkilatlarının üzvlərinin və könüllülərinin imkanlarının öyrənilməsi məqsədi ilə keçirilir. 18 yaşı tamam olmuş bütün şəxslər sorğuda iştirak edə bilər.
Şura QHT-ləri sorğuda fəal iştirak etməyə çağırır.
Sorğu vərəqi bu linkdə