QHT Şurası yanında İctimai Qərargahın ilk iclası keçiriləcək – Elməddin Behbud
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında yaradılmış İctimai Qərargahın ilk iclası keçiriləcək.Aktor.Az xəbər verir ki, bu barədə feysbuk hesabında qurumun Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud qeyd edib.
Onun fikirlərini təqdim edirik:
“Hörmətli QHT rəhbərləri,
8 aprel 2020-ci il, saat 15:00-da koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması istiqamətində ictimai nəzarət, monitorinq və məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
yanında yaradılmış İctimai Qərargahın ilk iclası keçiriləcək.
İclasda Qərargahın fəaliyyət planı müzakirə ediləcək. İclasa qoşulmaq istəyən bütün QHT-lər aşağıdakı linkdən istifadə edərək fəaliyyət planın layihəsi ilə bağlı rəy və təkliflərini bildirə bilər.”