Şura və REAL TV yeni kampaniyaya start verir
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV yeni “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına start verir.
Aktor.Az xəbər verir ki, kampaniya çərçivəsində tanınmış QHT rəhbərləri, müxtəlif sahə üzrə mütəxəssislər, elm adamları mədəniyyət xadimləri ilə maraqlı müzakirələr təşkil olunacaq. Fərqli mövzularda müzakirə aparmaq, ən əsası isə evdə qalaraq həm maariflənmək, həm də vaxtımızı səmərəli keçirmək imkanımız olacaq.
? İlk ictimai müzakirə aprel ayının 7-si saat 15:00-da “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma” mövzusunda olacaq.
Qoşulmaq üçün: https://us04web.zoom.us/j/343587800