AzMİU-da onlayn dərslər davam edir – FOTO

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər distant tədris olunur. Martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.Bu bardə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.

Zoom call proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunur. Dərslər 3 – Azərbaycan, rus və ingilis dillərində aparılır. Bu günə qədər distant dərslərdə 5000 tələbə iştirak edib. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.


Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələri üçün də onlayn dərslərin verilməsi həyata keçiriləcək.