“Qaydalara əməl etsək, iki həftədən sonra vəziyyət dəyişə bilər” – İbrahim Məmmədov
Əgər riyazi düşünsək, qaydalara əməl etsək, iki həftədən sonra Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər.Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:
“Amma son 3 gün ərzində ölkədə xüsusi karantin qəbul olunandan sonra olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir. Buna görə də vəziyyət yaxşılığa doğru dəyişmir”.