Qüdrət Həsənquliyevin sədri olduğu partiya Fonda vəsait köçürüb
Butov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə başladılan kampaniyaya qoşulub.
BAXCP mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, partiya öz büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 (üç min) manat vəsait ayırıb. Ayrılan vəsait artıq Fondun bank hesabına köçürülüb.
Xatırladaq ki, BAXCP ilk gündən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dəstəkləyib.