Norveç qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə yayılıb

Dünya azərbaycanlılarının “Könüllülər ili”nə töhfəsi olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən “Erməni yalanları dünya mediasında” layihəsinə start verilib. Layihə çərçivəsində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı cağırışına əsasən DFJD-nın sədri Fuad Hüseynzadənin “Marağa-150 abidəsi” adlı məqaləsi xaricdəki soydaşlarımızla birgə dünya mediasının gündəminə çıxarılacaq. İlk olaraq Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpurun dəstəyi ilə Fuad Hüseynzadənin “Marağa-150” abidəsi, eləcə də Azərbaycanın tolerantlıq və sülh siyasəti ilə bağlı müsahibəsi Norveçin “Utrop” (utrop.no) qəzetində yayımlanıb.

https://www.utrop.no/nyheter/verden/208308/

 

Azərbaycanla Ermənistan arasında sülh və barışığı dəstəkləyərək önə çıxarır

Müstəqil (Freelance) jurnalist Fuad Hüseynzadə keçmiş müharibə şəraitində olan bir bölgədə sülh və mədəniyyət sahəsində layihəni araşdırdı.
Şəkil: Utrop qəzetin ana səyfəsindən screen

Müstəqil jurnalist Fuad Hüseynzadə iki düşmən qonşu dövlət arasında Qafqazdakı dini və etnik tolerantlığı araşdırdı.

Qonşu ölkələr 1980-ci illərin sonlarından bəri çox gərgin və zaman- zaman düşmən münasibətində olublar.

1988-ci ildə, Sovet İttifaqının dağılmasından üç il əvvəl, Dağlıq Qarabağ sərhəd bölgəsi ətrafında münaqişə başladı. Sərhədin qarşı tərəfindəki azərbaycanlılar və ermənilər arasında olan etnik gərginlik qırğına səbəb oldu.

Qarabağdakı müharibə, Ermənistan qüvvələrinin bu ərazini işğal etməsi ilə sona çatdı. Bu ərazi mübahisəlidir və BMT tərəfindən Azərbaycan toprağları kimi tanınır və Azərbaycanın işğal olunmuş toprağı hesab olunur.

Ölkələr texniki cəhətdən hələ də diplomatik münasibətlər olmadan silahlı qarşıdurmalardadır. 2008 və 2016-cı illərdə iki dəfə sərhəddə erməni və azərbaycanlı əsgərlər arasında atışmalar olub.

Nə ermənilər, nə də erməni əsilli bəzi xarici vətəndaşlar Azərbaycana girə bilməzlər. Azərbaycan dövlətini xəbərdar etmədən Dağlıq Qarabağa gedən xarici vətəndaşlar qanunu pozduqları üçün işğal olunmuş ərazilərə getdiklərinə görə qeyri-müəyyən giriş qadağası riski ilə üzləşirlər.

 

 

Sülh yazısı

Komplikasiyalara baxmayaraq fərqli bir yazı təşviq edən bəzi səslər var.

– Azərbaycan dövləti hər zaman qonşuluq prinsiplərinə uyğun olaraq qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayıb. Və bu gün də Azərbaycan qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Biz problemi ərzazilərimizin uzun müddətdir işğal altında qalmasında görürük. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvalarından qaçqın və məcburi köçkün olublar. Bu barədə müstəqil jurnalist Fuad Hüseynzadə Utrop-a bildirib.

Bu münaqişənin həllinə nə mane olur?

– BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bunlar yerinə yetirilməyib. Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar aparılır. Məqsəd regionda sülhün və sabitliyin təmin olunmasıdır. Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh yolunun tərəfdarıdır. Fuad Hüseynzadə əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə hər zaman qadirdir.

Abidə qorunur

Pakistanın «The Fortress» qəzetində nəşr olunan məqalədə, Şıxarx kəndində “Marağa-150” kimi tanınan, bir erməni mədəniyyət abidəsi yerləşir. (http://thefortress.com.pk/karabakh-issue-a-historical-review/?fbclid=IwAR0tjf6MNzX3Muhp-WbC_wQ-QM9vMrYkVnFiyljyhDQATdGxA5f6tTzedxo)

Abidə 1978-ci ildə, Ermənistan və Azərbaycanın Sovet dövlətləri olduğu bir vaxtda ucaldılmışdır. Abidə ermənilərin, İrandan Dağlıq Qarabağa köç etməsinin 150 illiyini qeyd etmək üçün uçadılmışdır.

Dağlıq Qarabağ müharibəsi başlamadan əvvəl abidənin görünüşü bu idi. Şəkil: azertag.az

Abidənin özü ermənilər tərəfindən münaqişədən əvvəl dağıdıldı. “Marağa-150” abidəsi Dağlıq Qarabağ cəbhə xəttinin Azərbaycan tərəfində yerləşir və alternativ təhlükəsizlik sahəsi hesab olunur. Buna baxmayaraq, abidə yerli azərbaycanlılar tərəfindən qorunur və ərazini turistlər ziyarət edir.

 

Müharibədən 26 il sonra mədəniyyət abidəsi indi belə görünür. Şəkil: azertag.az

 

Azərbaycanda tolerantlığa əsaslanan bir dövlət siyasəti var və bu da abidə haqqında yazmağa motivasiya verdi.

Dinlərarası əməkdaşlıq

İşğal altındakı tarixi və dini abidələrin dağıdılmasının sülh və sabitliyin bərqərar olması üçün ciddi problemlər yaratdığını iddia edir.

– Bundan əlavə, dinlərarası əməkdaşlığa mane olan məsələyə “Marağa-150” abidəsi bir işıq kimi parlayır.

Hazırda Azərbaycanda erməni dini abidələri də qorunur. Azərbaycanın paytaxtı Bakı şəhərindəki “Qriqori Lusavoriç” erməni kilsəsi bərpa edilərək dövlətin mühafizəsinə götürülüb. Eyni zamanda, ermənilərin “Marağa – 150” abidəsinin qalıqları hazırda Azərbaycanın Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir. Bu abidənin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında təmir-abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Həmçinin “Marağa – 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlət Komitəsi tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Naməlum “gündəlik tolerantlıq”

Hüseynzadə bunun beynəlxalq mediada çox az məlum olan bir şey olduğunu vurğulayır.

– Mədəni və dini dözümlülük, cəmiyyətimizdə möhkəm təməllərə, zəngin ənənələrə və dərin tarixi köklərə malikdir və bunların hamısı ilə dünyanın da tanış olmasını istəyirəm.

O, bunu əksəriyyəti müsəlmanlardan ibarət olan ölkədə “gündəlik tolerantlıq” adlandırır. – Məncə, digər ölkələr üçün müsbət bir nümunədir. Azərbaycanda hər bir millət öz dini etiqadlarını həyata keçirməkdə sərbəstdir və bizdə kilsələr, sinaqoqlar və məscidlər var.

Xarakterik multikulturalizm

Ermənilərlə azərbaycanlılar arasında gələcək dialoq üçün birlikdə işləmək mədəniyyətini necə təsəvvür edirsiniz?

– Azərbaycanda hər zaman multikultural dəyərlərə üstünlük verilib. Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Həmçinin erməni xalqı da bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar. İşğaldan öncə burada ermənilərlə azərbaycanlılar qonşu kimi birgə əmin-amanlıq şəraitində ömür sürüblər. Qonşu ölkələr olaraq əlaqə qura bilmək üçün mədəni əməkdaşlıq əvəzsiz rola malikdir. Hüseynzadə deyir ki, Dağlıq Qarabağın azərbaycanlı icması bunun üçün erməni icması ilə dialoq qurmağa hazırdır

Ermənilərə və erməni mənşəli ölkələrə giriş qadağası haqqında nə demək olar?

– İşğal olunmuş Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları hesab olunurlar. Azərbaycanda bir etnik azlıq olaraq, digər bütün azərbaycanlılar kimi eyni konstitusiya hüquqlarına malikdirlər. Onlar Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmək hüququna sahibdirlər.

Humanitar əlaqələr və diplomatiya

Hüseynzadənin sözlərinə görə, mədəni əməkdaşlıq humanitar əlaqələri yaratmaq üçün ilk addımdır.

-Azərbaycan xalqı qonşu xalqlarla bu sahədə qarşılıqlı tədbirlər keçirir. Amma Azərbaycan və erməni xalqları arasında qarşılıqlı ünsiyyətin artmasına, mədəni əlaqələrin qurulmasına Ermənistan dövlətinin işğalçılıq siyasəti mane olur. Xalqlar arasında humanitar əlaqələrin bərpası diplomatik danışıqlar üçün də müsbət zəmin yarada bilər. Ermənistan dövləti Azərbaycana məxsus Dağlıq Qarabağı və ətraf 7 rayonu geri qaytardıqdan sonra iki xalq arasında mədəniyyət sahəsində əlaqələr bərpa oluna bilər. Yəni, Ermənistan dövləti öz xaqlının qonşu xaqlarla mədəni əlaqələrinin genişlənməsi üçün sülhə hazır olmalıdır.