QHT rəhbərləri “Evdə qal, cəmiyyəti qoru” adlı kampaniyanın monitorinq aparıblar – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə keçirdiyi koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası davam edir.
Aktor.Az xəbər verir ki, bu gün Şura üzvü Nərgiz Xələf və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev Bakının Yasamal, Binəqədi rayonlarında və Xırdalan şəhərində olublar.
N.Xələf və M.Əliyev ərazidə monitorinq aparıb, eyni zamanda əhaliyə karantin qaydalarına ciddi əməl etməyin vacibliyini çatdırıblar. Aksiya zamanı vətəndaşlara özünütəcridin zəruri olduğu bildirilib.