Ana SəhifəUncategorizedÖlkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır.Bu barədə ADY-dan Aktor.Az-a verilən məlumatda deyilir.

Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək  hərəkətdə olmayacaq.
Sərnişin tələbatını nəzərə alaraq,  Bakı-Sumqayıt-Bakı dairəvi  elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

 

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments