Şura və RealTV-nin başladığı kampaniyaya 1000 tibbi maska ianə edildi – QHT tərəfindən
Xəbər verdiyimiz kimi bu gündən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına start veriblər.
Layihənin məqsədi koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək, ictimai monitorinq və məlumatlandırma kampaniyası aparmaqdır.
Bu gündən başlanan kampaniyaya QHT-lər gücləri çatdıqları qədər, imkanları daxilində verirlər.
Belə yardımlardan birini QHT sədri, tanınmış xanım- iş adamı Vəfa Muradzadə edib. “Vəfa Collection” şirkətinin rəhbəri, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadə bu kampaniyaya 1000 tibbi maska ianə edib.
Qeyd edək ki, “İş Qadınlarına Dəstək” İctimai Birliyi bir müddət öncə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə etmişdi.