“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi bir neçə gündür davam edən aksiyaya qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.
Bu barədə Aktor.Az-təşkilatdan verilən məlumatda deyilir.
Məlumatda bildirilib ki, bəşəriyyətin üzləşdiyi pandemiya sərhəd tanımayan, çox sayda insanın yoluxa biləcəyi epidemiyadır.Zəruri addımlar atılmazsa, inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkəyə sarsıdıcı zərbə vura bilər.
Daha sonra diqqətə çatdırılıb ki, koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq qabaqlayıcı addımlar atılmaqdadır.Həyata keçirilən preventiv tədbirlər epidemiyanın yayılmasının qarşısını ciddi şəkildə almaqdadır.
Təşkilat təmsilçiləri həmçinin vətəndaşlarımıza müracət edərək, ictimai yerlərə getməməyi, gigiyenik qaydalara əməl etməyi, metro və avtobuslardan az istifadə etməyi, yaşlı insanları qorumağı, virusa təsir edə biləcək nə varsa, onlara əməl etməyə çağırıblar.