Azərbaycanlı deputat gürcü millətçilərinə od püskürdü:”Biz 90-cı illərə qayıtmışıq”

Məlum olduğu kimi artıq iki gündür ki, sosial şəbəkələrdə koronavirusun Marneulidə bir qadında aşkarlanması bəzi millətçi gürcülərdə sui-istifadə hallarına yol açıb, onlar soydaşlarımızın ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirlər.24News.ge xəbər portalına müsahibə verən “Vahid Milli Hərakat” partiyasının deputatı Azər Süleymanov bu cür məslələrin baş verməsində hazırki hakimiyyəti günahlandırıb:

“Təəssüflər olsun ki, 2012-ci ildən bəri ölkədə milli məsələ mövzusu 90-cı illərə qayıdıb. Bilirsiz ki, Mixeil Saakaşvili dövüründə Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin tam hüquqlu vətəndaşı oldular. Həmin dövrdə tatar kəlməsini işlədən şəxslər cəzalandırlırdı. Bu gün isə biz görürük ki, hansı məsələlər baş verir. Ölkənin belə bir çətin vəziyyətində bu cür təxribat yönlü ifadələr işlədənlər mütləq cəzalandırılmalıdır. Hazırki durumda biz bir olmalıyıq ki, dövlətimizi bu ağır vəziyyətdən üzü ağ çıxsın, itkilər az olsun.İndi etnik ayrımcılıq salmaq vaxtı deyil. Mən dövlət qrumlarından xahiş edirəm ki, belə təxribat yönlü addımlar atan şəxslərə qarşı ciddi ölçülər götürsünlər.Azərbaycanlı gənclərimizə müraciət edərək demək istəyirəm ki, belə təxribat yönlü fikirlərə hec bir aqressiv cavab verməsinlər. Biz tarix boyu gürcü qardaşlarımızla bu torpaqlarda birgə yaşayıb, bu ölkəni də qurmuşuq. Bunu hər kəs də yaxşı bilir, təkrar etməyə ehtiyac yoxdur.

Bizim bu gün bir istəyimiz var- o da ölkəmizin koronavirus bəlasından uzaq olması, insanlar normal öz həyat tərzinə qayıtsın və ölkəmizin inkişafı yolunda öz uğurlu addımlarını atsınlar.

Marneulidə bir nəfər virusa yoluxubsa, Tbilisidə 60-dan çox yoluxan var. O zaman onlar hansı səbəbdən yoluxub? Bu sual gərək o təxribat yönlü fikirlər söyləyənləri biraz düşündürsün! Hər kəs bilir ki, virusa yoluxanların milli kimliyi və ya dini mənsubiyyəti yoxdur. Biz yaxşı görürük ki, dünyanın hər yerində virusdan necə əziyyət çəkirlər. Mən bir daha xalqıma müraciət edərək demək istəyirəm ki, “Ümumdünya Səhiyyə Təşkilatının və ölkənin Səhiyyə nazirliyinin tövsiyələrinə diqqət etsinlər və bu sınaqlı günləri səbr etsinlər, öz sağlamlıqlarına diqqət yetirsinlər. Biz çox çətinliklər və ağır günlər yaşamışıq.İnşallah yaxın vaxtda bu çətinliyi də birlikdə arxada qoyub, birgə bu hakimiyyətə qarşı mübarizəmizi davam etdirəcəyik” .