Koronavirusdan Faiq Ağayevə ZƏRBƏ: “Bu, mənim üçün faciədir”
“Çalışın, evdə idmanla məşğul olun ki, karantin bitəndən sonra 7, 10, 12 kilo çəki yığmayasız. Mən artıq 6 kilo çəki yığmışam, bu, mənim üçün faciədir”.Yenicag.az xəbər verir ki, xalq artisti Faiq Ağayev karantin müddətində evdə olan insanlara məsləhətlərini verərkən belə deyib.
Evdə sabun bişirdiyini deyən cənab qızıl şlyager xanımlara da məsləhətini əsirgəməyib:
“Evdə olduğum müddətdə filmlərə baxıram, sabun bişirirəm. Siz də müxtəlif qalıq sabunları götürüb, onlara ətirli yağlar əlavə edib, buxar vannasında əridin. Sonra onu kökələr üçün olan formalara doldurub buz dolabına qoyun. Hazırladığınız sabunla evdə dezinfeksiya olunun. Xanımlar, siz də həyat yoldaşınız üçün maraqlı reseptlər öyrənib hazırlayın”.
Qeyd edək ki, xalq artisti bu fikirləri AzTV-nin efirində söyləyib.