Gürcüstanda avtomobillər cərimələnməyəcək – Koronavirus
“Fövqəladə hal rejimi dövründə texniki baxışdan keçməyən avtomobilər cərimələnməyəcək”.24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisdadiyyat naziri Natia Turnava keçirdiyi brifinqdə deyib.
Nazir fövqəladə halın qüvvədə olduğu dövr ərzində texniki baxış öhtəliyi olan avtomobillərin sürücülərinin cəza almayacaqlarını bildirib.
“Biz texniki baxış servislərinin fəliyyətlərini qadağan etməmişik. Cərimələrə gəldikdə isə, razılığa gəldik ki, bu mərhələdə cərimələr tətbiq olunmasın. Bu sadəcə fövqəladə hal rejimin qüvvədə olduğu dövrə aiddir,”- deyə Natia Turnava bildirib.
Qeyd edək ki, ölkə ərazisində fövqəladə hal rejimi 21 aprelədək qüvvədə olacaq.