Neftçala İcra Hakimiyyəti də Prezidentin çağırışına dəstək verdi
Neftçala rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək
Fonduna ianə ayrılması ilə bağlı qərar verib.Bu barədə Neftçala rayon İcra Hakimiyyətindən Aktor. Az-a verilən məlumatda deyilir.
İcra Hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri
bir aylıq əmək haqqlarını könüllü surətdə koronavirus infeksiyasına
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib.
Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş
yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata
keçirilməsinə və pandemiyanın bir çox sahələrinə vurduğu təsirini qismən
də olsa qarşılamağa dəstək olmaqdır.
İcra Hakimiyyətindən verilən açıqlamaya görə, COVİD-19 virusunun
yaratdığı iqtisadi çətinliklər, eyni zamanda Nazirlər Kabineti yanında
Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq rayon icra
hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha geniş miqyaslı görülməyə
başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək
göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi,
pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən
alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir
Xahiş edirik məlumatın mətbuatda yayımlanmasına köməklik göstərəsiniz.