QHT Şurası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək qərarı verdi – FOTO
QHT Şurasın sədri, millət vəkili Azay Quliyev Şura üzvlərinə və QHT-lərə müraciət edərək koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb.
O, bu barədə tvitter hesabında yazıb:
“Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri və katibliyin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdik. Bütün QHT-ləri də bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram”.