AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual iclası keçirilib. İclasda ali məktəbin hesabından Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsaitin köçürülməsi barədə qərar qəbul edilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iclasda ölkə Prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları yüksək qiymətləndirib. O bildirib ki, həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri əhalinin sağlamlığının qorunmasına xidmət edir. Rektor Elmi Şura üzvlərinə müraciətində hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.
İclasın gedişatında G.Məmmədova prorektorlara, kafedra müdirlərinə universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı tapşırıqlar da verib.