AzTU-nun Elmi Şurası onlayn keçiriləcək
Azərbaycan Texniki Universiteti (AzTU) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına və Baş Nazirin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi ilə bağlı tapşırığına uyğun olaraq, bu gündən onlayn idarəetmə sisteminə keçib.
Bu barədə Aktor.Az-a AzTU-nun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclaslar və toplantılar onlayn təşkil edilir. Həmçinin AzTU-nun martın 18-nə nəzərdə tutulan Elmi Şurası onlayn rejimdə keçiriləcək.