Azay Quliyev seçicilərilə görüşünü təxirə saldı – SƏBƏB
Deputat Azay Quliyev koronovirus pandemiyası ilə əlaqədar seçicilərilə görüşünü təxirə saldı.
“Koronavirusla əlaqədar seçicilərimlə martın 30-na təyin olunmuş görüş təxirə salınır. Qəbula yazılan və elana əsasən görüşə gəlmək istəyən seçicilərimdən “Seçicinin e-Kabineti” vasitəsilə aşağıdakı video təlimata uyğun müraciət etmələrini xahiş edirəm”. Azay Quliyev bu barədə tvitter hesabında açıqlama yayıb.