Konstitusiya Məhkəməsi vətəndaş qəbulunu dayandırdı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.
Məhkəmədən verilən məlumata görə, Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:
1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;
2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;
3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.