Qobuda qadın əri tərəfindən bıçaqlandı

Abşeron rayonunda qadın bıçaqlanıb.Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.